Gənclər üçün rəqəmsal dünyada önəmi artan tendensiyalar və strategiyalara dair seminar keçirilib
Bakı, 15 avqust, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Technest” təqaüd proqramı çərçivəsində gənclərin İKT sahəsində bilik dairəsini genişləndirən seminarları davam edir.
AZƏRTAC xəbər verir ki, “İşgüzar söhbətlər” layihəsi çərçivəsində növbəti seminarın mövzusu rəqəmsal dünyada önəmi artan tendensiyalar və strategiyalar haqqında olub. Belə ki, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının PR mütəxəssisi Gülər Abasova “Sosial mediada kreativ məzmunun yaradılması” mövzusunda təqdimatla çıxış edib. O, kreativ məzmunun yaradılma prosesinin təkmilləşdirilməsi, rəqib analizi, sosial media platformalarının məzmuna görə özəlliyi və hədəf auditoriya ilə kommunikasiyada diqqətçəkici məzmun vasitəsilə doğru mesajların ötürülməsinin vacibliyindən bəhs edib.
“OnDigital” marketinq agentliyinin təsisçisi Zamin Namazov isə “Qlobal rəqəmsal strategiyaların yerli bazarda tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatı zamanı o, seminar iştirakçılarını qlobal rəqəmsal bazar kontekstində lokal məzmunun hazırlanması, mobil marketinq, hədəfləmə barəsində məlumatlandırıb, rəqəmsal marketinqdə ən geniş istifadə olunan alətlər və qlobal rəqəmsal strategiyalar, bu sahədə qabaqcıl təcrübələr haqqında fikir və mülahizələrini paylaşıb.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb