×
A
A
A
Sazlamalar

Nazir müavini Pakistanın “9D Technologies” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşüb

Bakı, 14 avqust, AZƏRTAC

Pakistanın İKT üzrə aparıcı şirkətlər qrupu olan “9D Technologies”in nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir. Texnopark rezidentliyi çərçivəsində nüfuzlu İKT şirkətlərinin ölkəmizə marağını nümayiş etdirən səfərin məqsədi ikitərəfli əməkdaşlığın genişləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqidir.
Səfər çərçivəsində nümayəndə heyəti rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüş zamanı nazir müavini “9D Technologies” şirkətlər qrupunun nümayəndələrinin Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək ölkəmizdə İKT sektorunun inkişafı istiqamətində görülən işlər haqqında məlumat verib.
Fərid Əhmədov İKT sahəsi üzrə potensialın artırılmasında beynəlxalq əlaqələrin önəmini vurğulayıb.

İKT 2023-08-14 11:39:00