×
A
A
A
Sazlamalar

Nazir Rəşad Nəbiyev İlon Maskla “Starlink”in ölkəmizdə planlaşdırılan fəaliyyətini müzakirə edib

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev amerikalı sahibkar, “SpaceX” şirkətinin qurucusu, “X” (keçmiş tviter) sosial şəbəkəsinin sahibi İlon Maskla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir “X”də paylaşım edib.
“Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük. “Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq”, - deyə Rəşad Nəbiyev bildirib.

İKT 2023-08-11 23:31:00