Tərtərli fermerlər günəbaxan yığımına başlayıblar
Tərtər, 11 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri günəbaxan yığımına başlayıblar.
Tərtər Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il rayon ərazisində 2049,5 hektar sahədə dən üçün günəbaxan əkilib. Artıq əkinçilər 382 hektar sahədə yığım aparıb, 1042,8 ton məhsul toplayıblar. Hər hektardan orta məhsuldarlıq 27,3 sentnerdir. 2022-ci ilə nisbətən hər hektardan orta məhsuldarlıq 0,5 sentner və ya 1,9 faiz artıb. Hazırda rayonda günəbaxan yığımı davam edir.
Qeyd edək ki, günəbaxan bitkisi Tərtər rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Məhsulun yığımı əsasən əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə edilir. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb