×
A
A
A
Sazlamalar

Saatlıda iri və xırda buynuzlu heyvanların baş sayı artıb

Saatlı, 11 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda 2023-cü ilin altı ayında bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın baş sayı 68026, o cümlədən inək və camışların baş sayı 32545, qoyun və keçilərin baş sayı 115547 olub.
Saatlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qaranın baş sayı 20, qoyun və keçilərin baş sayı isə 225 baş artıb. İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 44 baş artıb.
Heyvandarlıq sahəsində fəaliyyət göstərən kəndli fermer təsərrüfatları və dövlət kənd təsərrüfatı müəssisələri üzrə iribuynuzlu mal-qaranın sayı 698 baş, o cümlədən inək və camışların sayı 341 baş, qoyun və keçilərin baş sayı isə 9154 olub. Heyvandarlıq sahəsində 23 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir ki, ondan 1-i dövlət müəssisəsidir.

Kənd təsərrüfatı 2023-08-11 14:11:00