×
A
A
A
Sazlamalar

Bərdədə kənd təsərrüfatı məhsullarının istehsalı 21,2 faiz artıb

Bərdə, 10 avqust, AZƏRTAC

2023-cü ilin yanvar-iyun aylarında Bərdə rayonunda 232 milyon 733 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, onun 130 milyon 830,9 min manatı və ya 56,2 faizi bitkiçiliyin, 101 milyon 902,1 min manatı və ya 48,3 faizi heyvandarlığın payına düşür. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 21,2 faiz artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Bərdə Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 55 min 040,9 hektar olub. Bu dövrdə 13 min 193 hektarda buğda, 4289 hektarda arpa, 187 hektarda dən üçün qarğıdalı, 8742,3 hektarda pambıq, 2415 hektarda tərəvəz, 38,6 hektarda şəkər çuğunduru, 125 hektarda kartof, 89 hektarda dən üçün günəbaxan, 1176 hektarda ərzaq üçün bostan bitkiləri, 24 min 786 hektarda çoxillik otlar əkilib.
Bərdəli fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər.
Taxıl biçinini başa çatdıran istehsalçılar sahələrdən 60 min 385 ton buğda, 17 min 885 ton arpa toplayıblar. Bundan başqa indiyədək 1518 ton qarğıdalı, 1600 ton kartof, 86 min 540,5 ton tərəvəz, 34 min 820 ton bostan məhsulları, 51 min 020 ton meyvə və giləmeyvə yığılıb.
Hər hektardan orta məhsuldarlıq buğda üzrə 45,8 sentner, arpa üzrə 41,7 sentner, qarğıdalı üzrə 81,2 sentnerdir.

Kənd təsərrüfatı 2023-08-10 16:29:00