×
A
A
A
Sazlamalar

“Technest” proqramı çərçivəsində 137 tələbə üçün yumşaq bacarıqlara aid konfrans keçirilib

Bakı, 10 avqust, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə “Technest” təqaüd proqramı çərçivəsində 137 tələbə üçün yumşaq bacarıqlarla bağlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “TİPx: Alqoritmdən kənar” tədbirinin əsasən məqsədi “Technest” tələbələrinə yumşaq bacarıqlar vasitəsilə daha yaradıcı və yeni yollarla düşünmə prinsiplərini aşılamaqdır.
Konfransda Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri Mələk Kərimova “Virtual körpülər: məsafədən effektiv ünsiyyət” mövzusunda, Azərbaycan Alpinizm Federasiyanın baş katibi İsrafil Aşurlı - “Zirvə kodu 1.0”, “Yaddaş Fərdi İnkişaf Mərkəzi”nin rəhbəri Aytəkin Aslan “Homo Digitalis. Meta-bacarıqlar” və təlimçi İlham Ali Yusif “Saat əqrəbi istiqamətində uğur” mövzularında çıxış ediblər. Tədbir çərçivəsində mentorlar yumşaq bacarıqların işgüzar aləmdə və gündəlik həyatdakı önəmindən bəhs ediblər.
Tədbirdə bildirilib ki, bu cür məlumatlandırıcı tədbirlər İRİA-nın layihəsi olan “Technest” tələbələrinin gələcək iş həyatında fərq yaradacaq və ona əlavə dəyər qatacaq. “Technest” uğurla reallaşdırdığı bir neçə layihə var. Respublika üzrə maliyyə imkanları məhdud lakin İT sahəsinə böyük marağı olan gənclərə İKT sahəsi üzrə təlimlər təşkil olunur.
Hazırda 9 regionda tədris davam edir, bu il daha 10 regionda layihənin reallaşdırılması planlaşdırılır.

İKT 2023-08-10 14:59:00