×
A
A
A
Sazlamalar

Bu il Ağdam rayonunda 42 min 775 ton taxıl istehsal olunub

Ağdam, 10 avqust, AZƏRTAC
Ağdam rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 10 min 354 hektar taxıl sahəsindən 42 min 775 ton məhsul əldə edilib. Məhsulun 34 min 695 tonu buğda, 8 min 80 tonu arpadır. Hər hektara məhsuldarlıq orta hesabla 41,3 sentner, o cümlədən buğda sahələrində 41,9 sentner, arpa sahələrində isə 39 sentnerdir.
Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır.

Kənd təsərrüfatı 2023-08-10 12:45:00