×
A
A
A
Sazlamalar

Qaxın meyvə bağlarından indiyədək 4 min tona yaxın məhsul yığılıb

Qax, 9 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Qax rayonunun meyvə bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 3985 ton məhsul tədarük olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 12 min 16,2 hektardır. Bu bağların 10 min 186,9 hektarını fındıq bağları təşkil edir. İndiyədək bağlardan 975,8 ton şaftalı, 642,1 ton gavalı, 554,8 ton alma, 369,5 ton ərik, 342,9 ton armud, 281,9 ton gilas, 55 ton fındıq və digər meyvələr yığılıb. Xurma, nar, şabalıd, qoz yığımına isə hələlik başlanılmayıb.
İdarədən verilən məlumata görə, hazırda rayonda 152 hektar üzüm bağı var. İndiyədək bağlardan 78,4 tona məhsul yığılıb.

Kənd təsərrüfatı 2023-08-09 22:41:00