Rabitəçilər “Kibergigiyena” layihəsində uğurlu nəticə qazanıblar
Bakı, 9 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən kadr hazırlığı prioritet olmaqla, əməkdaşların aidiyyəti sahələr üzrə zəruri biliklərə yiyələnmələri hər zaman diqqətdə saxlanılır. Belə ki, nazirlik ilə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasındakı sıx əməkdaşlıq çərçivəsində mühəndis-proqramçıların informasiya təhlükəsizliyi üzrə biliklərinin artırılması və möhkəm kiberimmuna sahib olmaları üçün müvafiq təlim və kurslara cəlb olunurlar.
AZƏRTAC-a Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq nazirliyin aid əməkdaşları “Kibergigiyena” pilot layihəsində iştirak edərək yaxşı nəticə əldə ediblər. Belə ki, kibergigiyena layihəsində qurumun 34 əməkdaşı iştirak edib. Layihənin icrası çərçivəsində mühəndislərin kiberhücum nümunələri əsasında hazırlanmış simulyasiya testlərinə yanaşmaları və hazırlıqları müəyyən edilib. Üç mərhələdən ibarət olan müsabiqənin ilkin mərhələsində əməkdaşlar test-sorğuda iştirak edib, ikinci mərhələdə “Kibergigiyena” mövzusunda onlayn kursa qoşulub, üçüncü mərhələdə isə yenidən Kibergigiyena portalında 2-ci modul üzrə imtahan veriblər.
Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması, onların bilik səviyyələrinin artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər bundan sonrada davam etdiriləcək.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb