×
A
A
A
Sazlamalar

ADA Universitetinin 6 tələbəsi İKTA-da istehsalat təcrübəsi keçir

Bakı, 9 avqust, AZƏRTAC

ADA Universitetinin 6 tələbəsi Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) istehsalat təcrübəsinə başlayıblar.
AZƏRTAC-a Agentlikdən bildirilib ki, təcrübənin əsas məqsədi telekommunikasiya sahəsində rəqəmsal mühitin yaradılması məqsədilə xidmət bazarlarının tənzimlənməsi və nəzarət haqqında tələbələrin nəzəri biliklərinin artırılmasıdır. Həmçinin tələbələr təcrübə zamanı tənzimləmə sahəsində araşdırma fəaliyyəti ilə praktik məşğul olmaq imkanı da əldə edəcəklər.
Qeyd edək ki, ADA Universitetinin Beynəlxalq və İctimai Münasibətlər və İnformasiya Texnologiyaları fakültələrində təhsil alan 6 tələbəsinin İKTA-da istehsalat təcrübəsi avqustun 16-na kimi davam edəcək.

İKT 2023-08-09 14:55:00