×
A
A
A
Sazlamalar

İyirmi namizəd “Viveka Mentorship Program”da iştirak hüququ əldə edəcək

Bakı, 9 avqust, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “Pasha Holding” şirkətlər qrupunun sponsorluğu ilə təsis edilmiş “Viveka Mentorship Program” layihəsinə müraciət qəbulu başlayıb.
AZƏRTAC xəbər verir ki, bu proqram innovativ startap sahibkarlığını təşviq etməyi qarşısına məqsəd qoyan təşəbbüsdür. Proqram iştirakçıları Türkiyənin ən qabaqcıl startap mentorlarından innovativ sahibkarlıq sahəsində həm nəzəri, həm də praktiki biliklər əldə edəcəklər.
Qeyd edək ki, mentorluq təlimləri hibrid formatda (onlayn/oflayn) olacaq. Proqrama Azərbaycanda startap fəaliyyəti ilə məşğul olan və akademik istiqamətdə fəaliyyət göstərən professor-müəllim heyətinin üzvləri müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla tamamlayan ən uyğun 20 namizəd “Viveka Mentorship Program”da iştirak hüququ əldə edəcək.
Son müraciət tarixi avqustun 21-dəkdir. Müraciət üçün link: https://az-mentor.paperform.co/

 

İKT 2023-08-09 14:36:00