×
A
A
A
Sazlamalar

Tərtərdə taxıl biçini başa çatıb - məhsuldarlıq ötən illə müqayisədə yüksəkdir

Tərtər, 8 avqust, AZƏRTAC

Tərtər rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 8929,9 hektar taxıl sahəsindən 38 min 907,7 ton məhsul əldə edilib. Məhsulun 23 min 258,6 tonu buğda, 15 min 649,1 tonu arpadır. Hər hektar taxıl sahəsindən orta məhsuldarlıq 43,6 sentner olub. Buğda sahələrində orta məhsuldarlıq 44,3 sentner, arpa zəmilərində isə 42,5 sentner təşkil edib. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 0,7 sentner, arpanın məhsuldarlığı 4 sentner artıb. Hazırda biçilmiş taxıl sahələrində 1858 hektar şum aparılıb.
Qeyd edək ki, 2023-cü ilin məhsulu üçün Tərtər rayonunda 8929,9 hektar sahədə taxıl becərilib. Onun 5245,2 hektarı buğda, 3684,7 hektarı dən üçün arpadır.

Kənd təsərrüfatı 2023-08-08 21:46:00