×
A
A
A
Sazlamalar

İyulun 31-dən avqustun 6-dək Azərbaycanda COVID-19 əleyhinə 169 doza vaksin vurulub

Bakı, 7 avqust, AZƏRTAC
İyulun 31-dən avqustun 6-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 169 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, həftə ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 58, ikinci doza vaksinlərin sayı 21, üç və daha çox doza vaksinlərin sayı 84, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 6-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 968 min 608, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 97, ikinci mərhələ üzrə 4 milyon 884 min 251, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 893, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 367-dir.

Səhiyyə 2023-08-07 19:00:00