Bu il Şəkidə 91 min tondan çox taxıl istehsal olunub
Şəki, 7 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəki rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 41 min 882,8 hektar sahənin məhsulu biçilib, 91 min 131,5 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 21,7 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, builki mövsümdə şəkili fermerlər 22 min 610,8 hektar buğda sahəsindən 47 min 920 ton, 19 min 272 hektar arpa sahəsindən isə 43 min 211,5 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 21,2 sentner, arpa sahələrinin məhsuldarlığı isə 22,4 sentner olub.
Hazırda rayonun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılması davam edir. Qısa müddətdə təsərrüfatlarda taxıl biçini başa çatmış ərazilərdə 9 min 719 hektar sahədə yay şumu qaldırılıb. Eyni zamanda, indiyədək 540 hektarda təkrar əkinlər aparılıb.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb