×
A
A
A
Sazlamalar

Beynəlxalq Kosmik Stansiyaya komandirlik etmiş ilk qadın astronavt Bakıda tələbələrlə təcrübəsini bölüşüb

Bakı, 7 avqust, AZƏRTAC

ABŞ-ın “Axiom Space” şirkəti və ADA Universitetinin birgə təşkilatçılığı ilə məşhur astronavt və biokimya tədqiqatçısı Peqqi Vitson ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi - “Azərkosmos” məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Beynəlxalq Kosmik Stansiyaya komandirlik etmiş ilk qadın astronavt olan Peqqi Vitson kosmosa uçuş təcrübəsindən danışıb, uçuşlar zamanı çəkilmiş videogörüntüləri təqdim edib və görüşdə həvəslə iştirak edən tələbələrin suallarını cavablandırıb.

İKT 2023-08-07 12:11:00