×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikasının 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşuldu

Bakı, 7 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Naxçıvan şəhərində və Muxtar Respublika ərazisində olan dövlət orqanlarının "AzStateNet" şəbəkəsinə qoşulması və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tədbirləri davam etdirir.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin 6 ayı ərzində bu bölgənin 16 dövlət qurumu “AzStateNet” şəbəkəsinə qoşulmaq üçün xüsusi transmissiya avadanlıqları ilə təmin olunub və həmin qurumların elektron informasiya resursları “AzStateNet” şəbəkəsinə köçürülüb.
Muxtar respublika ərazisindən “AzStateNet” şəbəkəsinə yeni qoşulan dövlət qurumları mühafizə olunan data kanalları ilə bu şəbəkə vasitəsilə həm öz aralarında, həm də Bakı şəhəri daxil olmaqla respublikamızın digər bölgələrindən “AzStateNet” şəbəkəsinə qoşulmuş dövlət qurumları ilə etibarlı məlumat mübadiləsi apara biləcək və təhlükəsiz internet şəbəkəsindən istifadə edə biləcəklər.

İKT 2023-08-07 11:46:00