×
A
A
A
Sazlamalar

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün təlim keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbələri üçün tətbiqlərin təhlükəsizliyinə dair təlim təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Cyberpoint” şirkəti tərəfindən keçirilən “Application security with real-world examples” mövzusunda təlimdə iştirakçılara kibertəhlükəsizlik, tətbiqlərin təhlükəsizliyi, təhlükəsizlik tətbiqləri barədə ətraflı məlumat verilib. Təlim “Cyberpoint” şirkətinin informasiya təhlükəsizliyi üzrə baş mütəxəssisi Aydın Qurbanlı tərəfindən keçirilib.
Təlimçi Mərkəzin tələbələri üçün öz təcrübələrini bölüşüb və onların suallarını cavablandırıb.

İKT 2023-08-03 15:05:00