×
A
A
A
Sazlamalar

Ağcabədidə 1737,3 hektar sahədə təkrar əkin aparılıb

Ağcabədi, 3 avqust, AZƏRTAC

Ağcabədi rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.
Ağcabədi Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təsərrüfatlarda məhsul yığımı ilə yanaşı dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir. Ağcabədili fermerlər artıq 13 min 696,1 hektar sahədə şum qaldırıb, 1737,3 hektar sahədə təkrar əkin aparıblar. Təkrar əkinlərin 1082,9 hektarı qarğıdalı, 13,8 hektarı kələm, 83,5 hektarı süpürgə, 1 hektarı kartof, 168,1 hektarı günəbaxan, 386 hektarı darı, 2 hektarı lobyadır.
Hazırda rayonda təkrar əkinlər davam etdirilir.

Kənd təsərrüfatı 2023-08-03 02:51:00