×
A
A
A
Sazlamalar

İKT sektorunda fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının rəqəmsal savadlılığı artırılır

Bakı, 2 avqust, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “Crocusoft MMC”nin əməkdaşları üçün “Proqram təminatının hazırlanmasında təhlükəsiz kod qaydaları” təlimi keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd proqram təminatının hazırlanması və inkişafı üçün xidmət göstərən şirkət əməkdaşlarının kod təhlükəsizliyi bacarıqlarının inkişaf etdirilməsidir.
Təlimçilər sırasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşları yer alıb.
Qeyd edək ki, ölkəmizdə İKT sektorunda fəaliyyət göstərən müəssisələrin rəqəmsal savadlılığının artırılması yönündə təşkil edilən bu cür maarifləndirici təlimlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

İKT 2023-08-02 10:54:00