×
A
A
A
Sazlamalar

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

Bakı, 1 avqust, AZƏRTAC

Kiberdələduzlar tərəfindən “Lalafo" onlayn satış platformasında istifadəçi hesablarının mesaj bölməsinə “Lalafo”dan müxtəlif məbləğdə mükafat qazanmaları barədə saxta mesajlar göndərilir.
AZƏRTAC xəbər verir ki, vətəndaşlara vəd olunan hədiyyəni qazanmaq üçün keçidə daxil olub, fərdi məlumatlarını və bank kartı məlumatlarını daxil etmələri tələb olunur.
Elektron Təhlüləsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, naməlum mənbələrdən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi, həmçinin hər hansı şirkət və ya qurum adından belə kampaniyaların keçirilməsi barədə məlumat aldıqda, ilk öncə həmin şirkət və ya qurumla bu məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

 

İKT 2023-08-01 14:11:00