Beyləqan taxılçıları 70 min 753 ton məhsul tədarük ediblər
Beyləqan, 31 iyul, AZƏRTAC
Taxıl biçinini başa çatdıran Beyləqan rayonunun fermerləri və torpaq mülkiyyətçiləri zəmilərdən 70 min 753 ton məhsul əldə ediblər.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 15 min 843 hektar buğda sahəsindən 63 min 922 ton, 2189 hektar arpa sahəsindən 6831 ton məhsul toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 39,2 sentner, o cümlədən buğda sahələrində 40,3 sentner, arpa sahələrində isə 31,2 sentnerdir.
Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb