×
A
A
A
Sazlamalar

Bərdədə taxıl biçini başa çatıb – sahələrdən 78 min tondan artıq məhsul toplanıb

Bərdə, 28 iyul, AZƏRTAC

Bərdə rayonunda taxıl biçini başa çatıb.
Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 17 min 482 hektar taxıl sahəsindən 78 min 309 ton məhsul əldə edilib. Məhsulun 60 min 424 tonu buğda, 17 min 885 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 45,8 sentner, arpa sahələrində isə 41,7 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.
Qeyd edək ki, 2023-cü ilin məhsulu üçün Bərdədə 17 min 482 hektar sahədə taxıl becərilib. Onun 13 min 193 hektarı buğda, 4289 hektarı isə arpa əkinləridir.

 

 

Kənd təsərrüfatı 2023-07-28 04:58:00