×
A
A
A
Sazlamalar

Qəbələ taxılçıları indiyədək zəmilərdən 43 min tona yaxın məhsul toplayıblar

Qəbələ, 27 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Cari mövsümdə rayonda 15 min 465 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. İndiyədək 4 min 185 hektarı arpa, 10 min 710 hektarı buğda olmaqla, 14 min 895 hektar sahənin məhsulu biçilib, 42 min 877 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 28,8 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.
Bildirilib ki, tədarük olunan taxılın 11 min 718 tonu arpa, 31 min 159 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 28 sentner, buğda sahələrindən isə 29 sentner məhsul götürülüb. Arpa sahələrində biçin artıq başa çatıb. Hələlik biçilməmiş 600 hektaradək buğda sahəsi qalıb. Hava şəraiti əlverişli keçərsə, biçin kampaniyası yaxın 3-4 gün ərzində başa çatdırılacaq.

Kənd təsərrüfatı 2023-07-27 17:31:00