×
A
A
A
Sazlamalar

® SAMSUNG Galaxy Z Flip5 və Galaxy Z Fold5: Güzəştsiz Çeviklik və Universallıq

Cihazın tarazlığını təmin edən Flex Hinge menteşeli (Çevik Menteşe) innovativ forma-faktor, eləcə də unikal unikal FlexCam kamerasının peşəkar imkanları sayəsində Galaxy Z seriyası istifadəçilərə misilsiz çeviklik və universallıq təcrübəsi verir.

Samsung Electronics, Galaxy Z Flip5 və Galaxy Z Fold5-in daxil olduğu beşinci nəsil qatlanan Galaxy cihazlarının buraxılışını elan edir. Sənayenin aparıcı forma-faktoruna malik olan smartfonlar istifadəçilərə unikal təcrübə təklif edir ki, bunun da əsasında parlaq və yığcam dizayn, bir çox fərdiləşdirmə aləti və yüksək performans dayanır. Flex Hinge sayəsində yeni məhsullar estetik cəhətdən tarazlaşdırılmış dizayna və davamlı konstruksiyaya malikdir. Smartfonun kamerası müxtəlif bucaqlardan şəkil çəkməyə imkan verən FlexCam (Çevik Kamera) kimi qeyri-adi xüsusiyyətlərə malikdir. Güclü performansı, optimallaşdırılmış batareyası və ən son prosessoru ilə Samsung Galaxy Z seriyası istər açıq, istərsə də qatlanan smartfonların imkanlarını yenidən müəyyənləşdirir.
Samsung Electronics-in Mobil Təcrübə istiqaməti prezidenti və rəhbəri Tae Mun Ro (TM Roh) belə deyir: “Qatlana bilən smartfonları sayəsində Samsung mobil sənayedə çevriliş edir, yeni standartlar müəyyənləşdirir və öz imkanlarını daim genişləndirir. Hər gün daha çox insan qatlana bilən cihazlarımızı seçir, çünki onlar digər qadcetlərlə əldə etmək mümkün olmayan təcrübə təqdim edirlər. Ən son Galaxy Z Flip5 və Galaxy Z Fold5 istifadəçilərə innovativ texnologiyalar ilə xidmət göstərmək niyyətimizi təsdiqləyir”.
Samsung-un innovativ mirası və qatlana bilən cihazların inkişafına sadiqliyi şirkətə inanılmaz multixüsusiyyətli smartfonlar yaratmağa imkan verib. Qatlana bilən forma-faktorun potensialına və dünya səviyyəli elmi-tədqiqat və istehsal imkanlarına inamı ilə Samsung şirkəti Galaxy Z seriyasını ardıcıl olaraq təkmilləşdirir və optimallaşdırır. Yeni Galaxy nəinki müasir istifadəçilərin ehtiyaclarına cavab verir – Galaxy Z Flip5-in Flex Window ekranında məzmun yaratmaqdan Galaxy Z Fold5-in multitaskinqinə qədər – həm də onları üstələyir.
Galaxy Z Flip5 və Galaxy Z Fold5 mümkün qədər davamlı olmaq üçün diqqətlə hazırlanıb. Əsas ekran zərbəni paylaşdıran təbəqə ilə təchiz edilib, arxa panel isə displeyin daha davamlı olması üçün yenidən işlənib. IPX8 standartı, gücləndirilmiş alüminium çərçivə və Flex Window (Çevik Pəncərə) ilə arxa qapağı örtən Corning® Gorilla® Glass Victus®2 şüşəsi sayəsində Galaxy Z Flip5 və Galaxy Z Fold5 yüksək səviyyəli davamlılıq təklif edir. Onu kənardan təsirləri paylaşdıran qoşa relsli struktura malik olan yeni daxili Flex Hinge menteşə modulu gücləndirir.
Nəzərinizə çatdıraq ki, Azərbaycan bazarına Galaxy Z Flip5 və Galaxy Z Fold5 modelləri bu il avqustun 14-dən daxil olur. Həmin tarixdən başlayaraq sentyabrın 15-dək bu modellər xüsusi təklif ilə satışa çıxarılacaq.

Galaxy Z Flip5 özünü güzəştsiz olaraq ifadə etmək üçün ideal cib alətidir

Galaxy Z Flip5 özünüzü ifadə etmək üçün qəşəng və unikal bir qatlanan cib cihazıdır. Əvvəlki nəsil smartfonlardakından 3,78 dəfə böyük olan xarici Flex Window ekranı istifadəçilərə geniş çeşiddə imkanlar təklif edir. Beləliklə, o, məsələn, daha çox fərdiləşdirmə aləti, o cümlədən Galaxy Watch6 seriyası geyilə bilən cihazların dizaynına uyğun gələn informativ və qrafik saatlar, həmçinin dəbli çərçivələr təqdim edir. Bundan əlavə, Galaxy Z Flip5 üçün yeni Flipsuit üzlüyü dəyişdirilə bilən NFC kartı ilə cihazın qorunmasını təmin edir – indi istifadəçilər daha çox fərdiləşdirmə üçün Flex Window ilə üzlüyün dizaynlarını birləşdirə bilər.
Qatlanmış vəziyyətdə Galaxy Z Flip5 əvvəlkindən daha rahatdır. Flex Window ekranı ilə faydalı məlumatı tez və asanlıqla əldə etmək olur. Vidcetlər sizə hava proqnozunu yoxlamağa, Media Nəzarətçisi sevimli musiqinizi dinləməyə və idarə etməyə, Google Maliyyə vidceti isə qlobal fond bazarını izləməyə imkan verir. Bütün vidcetlərə bir ekranda baxmaq və Multi Vidcetə Baxış rejimini aktivləşdirmək üçün sadəcə “çimdikləməklə” (pinç) dərhal onlar arasında keçid etmək olar. Bundan əlavə, istifadəçilər asanlıqla bildirişləri yoxlaya və Wi-Fi yaxud Bluetooth parametrlərinə cəld şəkildə daxil ola, buraxılmış zəngləri görmək üçün zəng tarixçəsinə baxa və tam QWERTY düymə lövhəsi ilə Tez Cavab funksiyasından istifadə edərək mətn mesajlarına cavab verə, həmçinin söhbət tarixçəsinə baxa bilər. Ekranı yuxarı sürüşdürməklə siz mağazalarda sürətli ödəniş üçün Samsung Pulqabıya daxil ola, QR kodlar və kuponlar, həmçinin minik talonu, üzvlük kartları, rəqəmsal açarlar və tibbi giriş icazələrinə keçid edə bilərsiniz.


Galaxy Z Flip5 misilsiz dizayn və forma-faktordan başqa Samsung Galaxy seriyasında ən universal kamera ilə təchiz olunub. Böyüdülmüş Flex Window ekranı sayəsində əsas kamera ilə yüksək keyfiyyətli selfilər çəkilə bilər. FlexCam rejimi əllərinizdən istifadə etmədən orijinal bucaqlardan təsirli kadrlar çəkməyə imkan verir. Flex rejimində fotoşəkillərə baxmaq və redaktə etmək asan və sürətlidir. İstifadəçilər Flex Window ekranında rəng tonunu düzəldə və ya şəkilləri silə bilərlər. İstifadəçi dostlarının şəklini çəkdikdə, Dual Preview (Qoşa Görünüş) funksiyası onlara mükəmməl çəkiliş əldə etmək üçün Flex Window ekranında özlərini görməklə real vaxt rejimində duruşunu dəyişdirməyə imkan verəcək. Auto Framing (Avtomatik Çərçivə) heç kimin kənarda qalmayacağını, Super Steady (Super Sabit) kamera isə yolda rahat video çəkməyə imkan verir.
Galaxy Z Flip5-in qabaqcıl kamerasını kadrları daha canlı edən təkmilləşdirilmiş AI həlləri tamamlayır. Az işıq şəraitində çəkilmiş foto və videoları optimallaşdıran qabaqcıl Nightography (Gecə çəkilişi) funksiyası ilə istifadəçilər hətta axşam saatlarında yaradıcı fotolar çəkə bilər. Süni zəka əsasında çalışan Şəkil Siqnalının Emalı (ISP) alqoritmi qaranlıqda çəkilmiş görüntüləri pozan korlayan küyü aradan qaldırır, eyni zamanda detalları və rəng tonunu nizamlayır. 10x rəqəmsal böyütmə sayəsində hətta uzaqdan çəkilmiş fotoşəkillər daha aydın olur.
Galaxy Z Fold5: Böyük ekran ilə maksimum performans
Galaxy Z Fold5 böyük, immersiv ekrana və uzunömürlü batareyaya, eyni zamanda, smartfon Fold seriyasının ən nazik və ən yüngül, ən portativ cihazı olmaqla bərabər Galaxy Z seriyasında ən yüksək göstəricilərə malikdir.

Geniş ekranı ilə Galaxy Z Fold seriyası istifadəçilərin smartfonda işləmə tərzini əsaslı şəkildə dəyişdi. O, Multi Window Rejimi (Çox Pəncərə) və App Continuity-dən (Tətbiq Davamlılığı) tapşırıqlar paneli, sürüşdürmə və üçüncü tərəf proqramlarının optimallaşdırılması da daxil olmaqla geniş funksiyalara qədər təkmilləşdirilib. 2021-ci ildə isə üçüncü nəsil Fold ilə təqdim edilən S Pen Fold Edition həm də Galaxy Z Fold5-də üstün yazı təcrübəsi təqdim etmək üçün inkişaf etdirilib. Bütün bu xüsusiyyətlər və alətlər istifadəçilərə böyük ekranda səmərəli işləməyə və yerindən asılı olmayaraq vacib tapşırıqları icra etməyə imkan verir.
Təkmilləşdirilmiş Tapşırıqlar Paneli tez-tez istifadə olunan proqramlar arasında tez keçid etməyə imkan verməklə dinamik performans təmin edir. İndi daha səmərəli iş üçün son dörd tətbiq həmişə istifadəçinin əlinin altındadır. Yeni iki əlli sürüşdürmə funksiyası məzmunu müxtəlif xidmətlər və ya ekranlar arasında köçürərkən performansı da yaxşılaşdırır. Məsələn, bir barmağınızla Samsung Qalereyasında şəkli sıxıb saxlaya, digəri ilə isə Samsung Notes proqramını açıb şəkli oraya sürüşdürə bilərsiniz. Gizli pop-up rejimində (hidden pop-up) proqram arxa planda işləyə bilər ki, bununla da smartfon sahibi eyni vaxtda tam ekran rejimində videoya baxaraq ekranın kənarında açılan pəncərədə dostları ilə söhbət edə bilir.
Yeni daha incə və yığcam S Pen Fold Edition qələmi sənədlər üzərində qeydlər aparmağı və ideyalarınızı real vaxt rejimində qeyd etməyi asanlaşdırır, eyni zamanda cibinizdə rahat yerləşir. Slim S Pen Case (Slim S Qələm) üzlüyünün qalınlığı demək olar ki, standart Fold üzlüyü ilə eynidir və hər bir istifadəçinin şəxsi üslubuna uyğun olaraq müxtəlif dizayn və rənglərdə buraxılır.
7,6 düymlük əsas ekran geniş, haşiyəsiz görünüş sahəsi təmin edir ki, sevimli filmlərinizi portret və ya landşaft rejimində seyr etməkdən həzz alasınız. Bundan əlavə, onun pik parlaqlığı 30 faizdən çox artırılaraq 1750 nitə çatdırılıb, beləliklə, şəkil parlaq günəş işığında belə optimal keyfiyyətdə göstərilir.
Galaxy üçün Snapdragon® 8 Gen 2 Mobil Platforması dinamik oyun və istifadəçi təcrübəsi üçün qrafik keyfiyyətini yüksəldir və süni intellekt tətbiq edərək, Galaxy smartfonunda indiyə qədər ən böyük ekranda zəngin oyun təcrübəsi təqdim edir. Galaxy Z Fold5 performansı güzəştə getmədən və ləngiməni azaldaraq, istiliyin ağıllı yayılmasını tətbiq edən inkişaf etdirilmiş soyutma sistemi sayəsində oyun marafonlarını asanlıqla keçir.

Planetə müsbət təsir

Samsung ekoloji konseptinin həyata keçirilməsi və qarşısına qoyduğu məqsədlərinə daha tez çatmağı planlaşdıraraq, irəliləməyə davam edir. Bunların arasında Cihaz Təcrübəsi bölməsinin 2030-cu ilin sonuna qədər sıfır karbon emissiyası da var.

Galaxy Z Flip5 və Fold5-də əvvəlki nəsil smartfonlara nisbətən daha çox təkrar emal materiallarından istifadə edilir. Xüsusilə, dizaynda sənaye tullantıları, o cümlədən şüşə və alüminium, eləcə də atılmış balıq torları, su çəlləkləri və PET butulkalardan əldə edilən istehlak tullantıları, yəni plastikdən istifadə olunur. Hətta qutuların hazırlanmasında istifadə olunan kağız 100 faiz təkrar emaldən gəlir.

Mövcudluq

Galaxy Z Flip5 və Galaxy Z Fold5 Iyulun 26-dan bəzi bazarlarda əvvəlcədən sifariş üçün təqdim olunacaq, Avqustun 14-də isə Azərbaycanda satışa çıxarılacaq.
Galaxy Z Flip5 istifadəçilərə nanə, qrafit, bej və lavanda rəngləri ilə, eləcə də şəffaf, qapaqlı eko-dəri, Flipsuit və əldə asan gəzdirilən silikon üzlük daxil olmaqla dəbli aksessuarlarla özlərini ifadə etməyə imkan verir.
Galaxy Z Fold5 Mavi, Qara və Bej rənglərdə mövcuddur. Onun üçün praktik və dəbli üzlük seçmək mümkündür, o cümlədən Slim S Pen, şəffaf, ekodəri və qayışlı dayaq-üzlüyü seçə bilərsiniz.
Nəzərinizə çatdıraq ki, Azərbaycan bazarına Galaxy Z Flip5 və Galaxy Z Fold5 modelləri bu il avqustun 14-dən daxil olur. Həmin tarixdən başlayaraq sentyabrın 15-dək bu modellər xüsusi təklif ilə satışa çıxarılacaq.

Daha ətraflı

 

İKT 2023-07-27 12:59:00