×
A
A
A
Sazlamalar

İnternet bazarında mövcud durum müzakirə olunub

Bakı, 27 iyul, AZƏRTAC.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) fəaliyyət göstərən operator və internet provayderlərlə növbəti görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşdə Tənzimləyici qurumun rolu, internet bazarında mövcud durum, provayderlərin uçotu, internet xidmətlərinin keyfiyyəti, provayderlərin müştərilərlə əlaqələrinin effektiv qurulması, bağlanmış müqavilələrin mövcud tələblərə uyğunluğu, provayderlərin qarşılaşdıqları problemlər və onların aradan qaldırılması ətrafında müzakirələr aparılıb. Provayderlərin təklif etdikləri xidmətlərlə bağlı yeni qaydalar hazırlanıb.
Qeyd edək ki, İKTA indiyədək 136-dək operator və internet provayderin uçota alınmasını təmin edib.

İKT 2023-07-27 10:43:00