×
A
A
A
Sazlamalar

BMT-nin İnkişaf Proqramının nümayəndə heyəti Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində olublar

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) nümayəndə heyəti və rəqəmsal hökumət sahəsində nüfuzlu beynəlxalq ekspertlər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini ziyarət ediblər.
AZƏRTAC Mərkəzə istinadla xəbər verir ki, nümayəndə heyəti burada tələbələr üçün yaradılan şərait, mərkəzin fəaliyyəti ilə tanış olublar, o cümlədən iyulun 24-də keçirilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 60 tələbəsini məzun günü ilə bağlı məlumatlandırıblar.
Qonaqlar bu təşəbbüsləri ölkənin və regionun kibertəhlükəsizlik imkanlarının gücləndirilməsində irəliyə doğru mühüm addım kimi qiymətləndirib.

 

 

İKT 2023-07-26 16:17:00