Kibermütəxəssislərə böyük ehtiyac var – ekspert
Bakı, 25 iyul, AZƏRTAC
Bir neçə ildir ki Azərbaycanda rəqəmsal innovasiyaların, ümumiyyətlə, dövlət qurumlarında rəqəmsallaşmanın xidmətlərin və servislərin rəqəmsal mühitə keçirilməsi barədə böyük işlər görülür. Misal üçün “ağıllı şəhər”lər, “ağıllı kənd”lər, ənənəvi xidmətlərin rəqəmsal xidmətlərə keçirilməsi və bunun kimi bir sıra rəqəmsallaşma üzrə işlər gedir. Təbii ki, rəqəmsallaşma artdıqca ölkədə kibertəhlükələrin də həcmi artır. Bunlarla cəmiyyətdə artıq daha sıx qarşılaşırıq. Bu istiqamətdə kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsi, onların kvalifikasiya qazanması və işlə təmin olunması, ümumiyyətlə, Azərbaycanda kibertəhlükəsizliyin önəminin tam dərk olunması baxımından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradılıb. Bu gün bu Mərkəzin ilk Məzun Günü baş tutdu.
Bunu AZƏRTAC-a açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov bildirib.
O deyib: “Son illərdə ölkəmizdə baş verən hadisələrə nisbətən görürük ki, bir çox özəl sektorda kibertəhlükəsizlik üzrə kursların fəaliyyətə başlaması, həmçinin peşə kursları istiqamətində kibertəhlükəsizlik mütəxəssislərinin yetişdirilməsi üzrə proqramların əlavə olunması və bir çox qurumların bunu dəstəkləməsi bizi çox sevindirir. Çox müsbət bir haldır ki, rəqəmsallaşma artdıqca buna adekvat olaraq kibertəhlükəsizlik mütəxsəssisləri yetişdirilir. Dövrə uyğun olaraq kiberdələduzlar da artacaq. Bunun üçün kibermütəxəssislərə böyük ehtiyac var”.
“Bütün dünyada dövləti və vətəndaşları kibertəhlükələrdən qorumaq üçün bu istiqamədtə CERT-lər fəalliyət göstərir. Bəzi ölkələrdə 24 və daha çox belə qurum var. Azərbaycanda aktiv olaraq 2 belə qurum mövcuddur – CERT.gov.az və CERT.az. Bu qurumlar kiberpolis rolunu oynayırlar. CERT.gov.az (Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti) dövlət qurumlarına qarşı kiberhücumlara, CERT.az isə vətəndaşlara, bank və digər özəl sahələrə cavabdehlik daşıyırlar. Hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti milli kibertəhlükəsizlik istiqamətlərinin inkişaf etdirilməsinə öz dəstəyini göstərməkdədir”, - deyə E.Abbasov əlavə edib.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb