×
A
A
A
Sazlamalar

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsi indiyədək istehsalçılardan 562 tondan çox yaş tütün qəbul edib

Zaqatala, 24 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Balakən, Zaqatala və Qax rayonlarında 388,9 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda şirkətin Zaqatala rayonunda fəaliyyət göstərən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu davam edir. İndiyədək məntəqəyə istehsalçılardan 562 tondan çox yaşıl tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Bildirilib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 44 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 238 hektar təşkil edir. Eyni zamanda, cari mövsümdə fermerlər fərdi müqavilələr üzrə şirkət tərəfindən verilmiş toxumla təsərrüfatlarında 150,9 hektar sahədə tütün əkiblər. Fermerlərdən Təranə Quliyeva indiyədək qəbul məntəqəsinə 79,8 ton, Həsən Abdullayev 37,5 ton, Elxan Bazayev 36,3 ton, Mahmud Muradov 34,1 ton, Rahib Əliyev 33,2 ton yaş tütün təhvil veriblər. Təhvil verilən yaş tütünün 136,5 tonu birinci, 134,8 tonu ikinci, qalanı isə üçüncü növdür.

Kənd təsərrüfatı 2023-07-24 22:25:00