×
A
A
A
Sazlamalar

Ağcabədi taxılçıları son illərin ən yüksək göstəricisinə nail olublar

Ağcabədi, 24 iyul, AZƏRTAC

Ağcabədi rayonunda taxıl biçini yekunlaşmaq üzrədir. Bu günədək 26 min 654,2 hektar sahədə biçin aparılıb, 120 min 663 ton məhsul əldə edilib. Bu, son illərdə Ağcabədi rayonu üzrə əldə edilmiş ən yüksək göstəricidir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib. Bildirilib ki, tədarük olunan məhsulun 92 min 707 tonu buğda, 27 min 956 tonu arpadır. Hər hektarın orta məhsuldarlığı buğda sahələrində 47,5 sentner, arpa sahələrində isə 39,1 sentner təşkil edir. Taxıl biçininin bir neçə günə başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ağcabədili fermerlər və mülkiyyətçiləri bu il 26 min 664,2 hektar sahədə taxıl bitkiləri becəriblər, onun da 19 min 514,2 hektarı buğda, 7150 hektarı arpadır.

Kənd təsərrüfatı 2023-07-24 18:40:00