Qaxın təsərrüfatlarında payızlıq dənlilərin səpini üçün yay şumu çıxarılır
Qax, 21 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonunun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. Qısa müddətdə təsərrüfatlarda taxıl biçini başa çatmış ərazilərdə 1500 hektaradək sahədə yay şumu qaldırılıb. Səpin aparılacaq sahələrin şumlanmasına 30 traktor cəlb olunub. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 13 min hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumun bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimovun verdiyi məlumata görə, hazırda rayonda taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Builki mövsümdə rayonda 13 min 322 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulurdu. İndiyədək taxıl sahələrinin 92,7 faizinin, yəni 12 min 350 hektarının məhsulu biçilib, 37 min 83 ton taxıl tədarük olunub. Hər hektara görə orta məhsuldarlıq 30 sentner təşkil edib.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb