×
A
A
A
Sazlamalar

İKTA tərəfindən Azərbaycanda fəaliyyət göstərən 129 operator və internet provayderin uçota alınması təmin edilib

Bakı, 21 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun ayları ərzində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən Azərbaycanda fəaliyyət göstərən 129 operator və internet provayderin uçota alınması təmin edilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, uçota alınmış operator və internet provayderlərin siyahısı ilə İKTA-nın yeni istifadəyə verilmiş vebsaytında tanış olmaq olar: 

İKT 2023-07-21 11:16:00