×
A
A
A
Sazlamalar

“No Code” inkubasiya proqramında qeydiyyatdan keçmək üçün son iki gün qaldı

Bakı, 20 iyul, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstək göstərdiyi, “Lotfizadeh Technology Center” tərəfindən təşkil edilən “No Code” inkubasiya proqramı startapları uğurlu biznesə çevirmək məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, proqramda iştirak üçün son qeydiyyat tarixi iyulun 22-dir.
İnkubasiya proqramı iştirakçılara 7/24 bütün resurslarla təmin olunan ofis; peşəkar mentor dəstəyi və texnoloji alətlərdən ödənişsiz istifadə və bir çox imkanlar yaradır.
Ətraflı məlumat və qeydiyyat üçün link: https://startup.lotfizadeh.az/incubation .

 

İKT 2023-07-20 17:02:00