×
A
A
A
Sazlamalar

Salyanda taxıl sahələrindən 70 min tondan çox məhsul yığılıb

Salyan, 20 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Salyanda taxıl biçini başa çatıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2023-cü ilin məhsulu üçün 16879 hektar sahədə taxıl becərilib. Bunun da 8223,0 hektarını buğda, 8656,0 hektarını arpa təşkil edib. Sahələrdən hektara 41,9 sentner olmaqla 70731,0 ton məhsul toplanılıb. Belə ki, arpa sahələrindən 37,0 sentner olmaqla 32000,0 ton, buğda sahələrindən 47,1 sentner olmaqla 38731,0 ton məhsul əldə edilib.

 

Kənd təsərrüfatı 2023-07-20 13:04:00