Bakıda peşəkar İKT mütəxəssislərinin hazırlanması üçün COMSATS ilə birgə Təlim Mərkəzi yaradılacaq
Bakı, 19 iyul, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında rabitə və informasiya texnologiyaları sahələrində uzunmüddətli əməkdaşlıq imkanlarından danışılıb.
Görüşdə Azərbaycanda peşəkar İKT mütəxəssislərinin hazırlanması ilə bağlı COMSATS ilə birgə layihənin həyata keçirilməsi müzakirə olunub. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında İKT və Texnologiya üzrə Təlim Kursları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, pakistanlı təlimçilər tərəfindən ölkəmizdə İKT üzrə peşəkar mütəxəssislərin hazırlanmasına başlanılacaq.
Bildirilib ki, bu layihə ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının inkişafı və müasir innovasiya mühitinin formalaşdırılmasına müsbət töhfə verəcək.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb