×
A
A
A
Sazlamalar

Ən yaxşı startaplar “Hero Training” proqramı vasitəsilə Silikon Vadisinə göndəriləcək

Bakı, 19 iyul, AZƏRTAC

“Hero Training” proqramında Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya regionunun digər ölkələrindən olan startaplar da iştirak edə bilər.
AZƏRTAC xəbər verir ki, “Hero Training” texnologiya şirkətlərinə qlobal bazarlara daxil olmağa imkan yaradan akselerasiya proqramıdır. Belə ki, bu proqram çərçivəsində ən perspektivli startaplar geniş dəyərləndirmə prosesi vasitəsilə seçiləcək.
Proqram iki hissədən ibarətdir. Birinci hissədə ikihəftəlik onlayn kursa qoşulmaq üçün 80 layihə seçiləcək. Daha sonra ən yaxşı 15 şirkət Kaliforniyanın Silikon Vadisində əyani təlim üçün ikinci hissədə iştirak hüququ qazanacaq.
“Hero Training” proqramı Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və Dünya Bankının Layihə İdarəetmə Qrupu tərəfindən həyata keçirilir.
Qeydiyyat avqustun 6-dək davam edəcək.

İKT 2023-07-19 11:13:00