×
A
A
A
Sazlamalar

DVX şəbəkə və əməliyyat sistemlərinin təkmilləşdirilməsinə 6 milyon manatdan artıq vəsait ayırır

Bakı, 18 iyul, AZƏRTAC

Dövlət Vergi Xidməti (DVX) şəbəkə və əməliyyat sistemlərinin təkmilləşdirilməsinə 6,1 milyon manatdan artıq vəsait yönləndirir.
AZƏRTAC dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, artıq “Cybernet” MMC ilə 6 milyon 117,524 min manat məbləğində müvafiq müqavilə bağlanıb.
Qeyd edək ki, müqavilə 6 istiqamətdə işlərin yerinə yetirilməsini nəzərdə tutur. Bütün işlərin 6 ayda yekunlaşdırılması nəzərdə tutulub.

İKT 2023-07-18 15:02:00