×
A
A
A
Sazlamalar

“Azərpoçt” MMC-nin gəlirləri 36 faiz artıb

Bakı, 18 iyul, AZƏRTAC
“Azərpoçt” MMC-nin gəlirləri, əsasən, poçt və maliyyə xidmətləri üzrə formalaşır. 2022-ci ildə gəlirlər ötən illə müqayisədə 36 faiz artaraq 40,3 milyon manatdan 54.9 milyon manata çatıb.
MMC-dən AZƏRTAC-a bildirilib ki, bu barədə məlumat “Azərpoçt” MMC-nin 2022-ci il üzrə audit edilmiş maliyyə hesabatlarının qısa icmalında yer alıb.
Qeyd olunub ki, “Azərpoçt” fəaliyyət sahəsini genişləndirərək xarici və dövlət qiymətli kağızlara investisiyalar edir, bu istiqamət üzrə 2022-ci ildə 10,3 milyon manat gəlir qazanıb (2021-ci ildə bu məbləğ 4,2 milyon manat olub). Nəticədə cəmiyyət 2021-ci ili zərərlə başa vursa da, 2022-ci ildə 4,3 milyon manat mənfəət əldə edib.
Cəmiyyətin 2022-ci il fəaliyyəti üzrə xalis pul vəsaitləri ötən ilə nisbətən 39 faiz artaraq 251,5 milyon manat təşkil edib. Ümumilikdə cəmi aktivlər 44 faiz artaraq hesabat dövrünün sonuna 624 milyon manata çatıb.

İKT 2023-07-18 12:25:00