×
A
A
A
Sazlamalar

Zaur Əliyev iyulun 21-də Şəki və Qax rayon sakinlərini qəbul edəcək

Bakı, 15 iyul, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iyulun 21-də Şəki və Qax rayon sakinlərini qəbul edəcək.
AZƏRTAC agentliyin mətbuat xidmətinə istinadla bildirir ki, qəbul Şəki şəhərinin Zərifə Əliyeva küçəsi, 177 ünvanında yerləşən Şəki Rayon Mərkəzi Xəstəxanasının konfrans zalında (2-ci mərtəbə) saat 10:00-da başlayacaq.
Qeyd olunub ki, qəbula yazılmaqla bağlı məlumat almaq üçün 1542 Çağrı mərkəzinə zəng etmək olar.



 

Səhiyyə 2023-07-15 11:29:00