×
A
A
A
Sazlamalar

Altı ayda 1 milyard 42,8 milyon manatlıq informasiya və rabitə xidmətləri göstərilib

Bakı, 15 iyul, AZƏRTAC

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,9 faiz artaraq 1 milyard 42,8 milyon manat təşkil edib ki, onun da 76,4 faizi əhali tərəfindən istehlak olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu sahədə əldə edilmiş gəlirin 61,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 38,5 faizi və ya 550,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

İKT 2023-07-15 01:48:00