×
A
A
A
Sazlamalar

İRİA “Pirate Summit”də ölkəmizi təmsil edib

Bakı, 14 iyul, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Avropanın unikal startap konfransı “Pirate Summit”də ölkəmizi təmsil edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə İRİA-nın sədri əvəzi İnarə Vəliyeva çıxış edib. İnarə Vəliyevə Azərbaycan startaplarından, ekosistem quruluşunda düzgün olan və olmayan seçimlər barəsində danışıb. Həmçinin Agentliyin məsləhətçisi İqor Ovçarenko tədbirin manifestosunun yazılmasında iştirak edib.
Tədbir çərçivəsində yeni texnologiyalar, maliyyələşmə problemləri ilə üzləşən startaplar üçün həllər, şəbəkələşmə və s. kimi mövzular müzakirə olunub.
Qeyd edək ki, bu il 10-cu dəfə keçirilən konfrans “Pirate Summit”in sonuncu tədbiri olub.

İKT 2023-07-14 14:20:00