×
A
A
A
Sazlamalar

İyulun 13-də Azərbaycanda COVID-19 əleyhinə 49 doza vaksin vurulub

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 49 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 31, ikinci doza vaksinlərin sayı 7, üç və daha çox doza vaksinlərin sayı 9, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 967 min 963, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 801, ikinci mərhələ üzrə 4 milyon 884 min 170, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 654, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 338-dir.

 

Səhiyyə 2023-07-13 17:08:00