×
A
A
A
Sazlamalar

İyulun 13-də Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb

Bakı, 13 iyul, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər həyatını itirib.
İndiyədək ölkədə ümumilikdə 831 min 972 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 668 nəfər müalicə olunaraq sağalıb, 10 min 288 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 870, bu günə qədər isə ümumilikdə 7 milyon 653 min 658 test icra olunub.

Səhiyyə 2023-07-13 17:03:00