×
A
A
A
Sazlamalar

Azərbaycanın ən uğurlu startaplarından sayılan “Push30” qlobal bazarda

Bakı, 13 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Startap” şəhadətnaməsi almış “Push 30” MMC-nin idman zallarının xidmətlərinin satışı üzrə vasitəçilik edən onlayn platforma və mobil tətbiq (www.push30.az) Özbəkistanda fəaliyyətini genişləndirir.
AZƏRTAC xəbər verir ki, şəbəkəsinə 200-dən çox idman mərkəzi və 18 000 istifadəçi daxil olan “Push 30”un Özbəkistandakı fəaliyyəti üçün tərəfdaşlar artıq 500 000 dollar investisiya ayırıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda fəaliyyətə başlamış startap cari il mayın 1-dən Özbəkistanın paytaxtı Daşkənddə də fəaliyyətə başlayıb.
Startapın uğuru daha öncədən ekosistem oyunçuları tərəfindən kəşf edilmiş və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil edilən “IDDA Awards” müsabiqəsində “İlin Startapı” mükafatına layiq görülüb.

İKT 2023-07-13 12:21:00