×
A
A
A
Sazlamalar

İyulun 12-də Azərbaycanda COVID-19 əleyhinə 54 doza vaksin vurulub

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 54 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 33, ikinci doza vaksinlərin sayı 3, üç və daha çox doza vaksinlərin sayı 16, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 2-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 967 min 914, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 770, ikinci mərhələ üzrə 4 milyon 884 min 163, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 645, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 336-dır.

Səhiyyə 2023-07-12 18:21:00