×
A
A
A
Sazlamalar

İyun ayında “Yeni klinika”ya 12 min 836 nəfər ambulator tibbi xidmət üçün müraciət edib

Bakı, 12 iyul, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika”ya cari ilin iyun ayında 12 min 836 nəfər ambulator tibbi xidmət üçün müraciət edib.
AZƏRTAC “Yeni klinika”nın mətbuat xidmətinə istinadla bildirir ki, 2023-cü ilin iyun ayı ərzində icbari tibbi sığorta çərçivəsində tibb müəssisəsində vətəndaşlara ümumilikdə 58 min 687 ambulator tibbi xidmət göstərilib.
Statistik məlumatlara görə, ötən ay ərzində stasionar tibbi xidmət üçün “Yeni klinika”ya müraciət edənlərin sayı 370, əməliyyat olunan pasiyentlərin sayı isə 432 nəfər təşkil edib.
Qeyd edilib ki, tibb müəssisəsinə müraciət edən hər bir Azərbaycan vətəndaşı icbari tibbi sığorta ilə xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.



 

Səhiyyə 2023-07-12 14:54:00