×
A
A
A
Sazlamalar

Qəbələdə indiyədək 12,7 min hektaradək taxıl sahəsinin məhsulu biçilib

Qəbələ, 12 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası davam edir. Bu günədək 4 min 318 hektarı arpa, 8 min 380 hektarı buğda olmaqla, 12 min 698 hektar sahənin taxılı biçilib, 37 min 662 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 29,5 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, builki mövsümdə rayonda 19 min 527 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 5 min 698 hektarını arpa, 13 min 829 hektarını isə buğda sahələri təşkil edir. İndiyədək tədarük olunan taxılın 12 min 522 tonu arpa, 25 min 140 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 29 sentner, buğda sahələrindən isə 30 sentner məhsul götürülüb. Hazırda sahələrdə 16 kombayn işləyir.
Qurumdan verilən məlumata görə, rayonun kümçüləri bu il tədarük məntəqəsinə 7 ton 202 kiloqram yaş barama təhvil veriblər. Cari mövsümdə rayonda 20 hektar sahədə tütün əkilib. Tütün yığımına yaxın günlərdə başlanılacaq.

Kənd təsərrüfatı 2023-07-12 12:43:00