×
A
A
A
Sazlamalar

“Cyber Summer School - 2023” düşərgəsinə 400-dək müraciət qeydiyyata alınıb

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə məktəbli və yeniyetmələr üçün iyulun 24-dən 29-dək keçiriləcək “Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başa çatıb. Məktəblilər arasında düşərgəyə böyük maraq var. Belə ki, düşərgədə iştirak üçün 400-dək müraciət qeydiyyata alınıb.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, düşərgədə qeydiyyat tarixində 12-16 yaş arası olan zəruri ingilis dili, habelə informasiya texnologiyaları üzrə biliklərə malik olan yeniyetmələr iştirak hüququ qazana bilər. Düşərgədə iştirak üçün seçim müsabiqə çərçivəsində aparılacaq.
Yalnız ilkin tələblərə cavab verən müraciətçilər müsabiqənin birinci mərhələsində onlayn imtahanda iştirak edəcəklər. Onlayn imtahan iyulun 12-də saat 12.00-da ingilis dilində baş tutacaq.

 

İKT 2023-07-12 10:53:00