×
A
A
A
Sazlamalar

İyulun 11-də Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb

Bakı, 11 iyul, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 2 nəfər həyatını itirib.
İndiyədək ölkədə ümumilikdə 831 min 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 666 nəfər müalicə olunaraq sağalıb, 10 min 287 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 756, bu günə qədər isə ümumilikdə 7 milyon 652 min 18 test icra olunub.

Səhiyyə 2023-07-11 16:46:00