Saatlıda taxıl sahələrindən 80 min tondan çox məhsul yığılıb
Saatlı, 11 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayonunda cari ilin məhsulu üçün ötən ilin payızında 19801 hektar sahədə taxıl əkilib. Sahələrin 14873 hektarını buğda, 4928 hektarını arpa bitkisi təşkil edib.
AZƏRTAC-ın bölgə müxbirinin Saatlı Rayon Dövlət Aqrar İnkişaf mərkəzindən əldə etdiyi məlumata görə, arpa sahələrində biçin başa çatıb. Hektar payına 36,2 sentner məhsuldarlıq olmaqla, 17847 ton məhsul yığılıb. Buğda sahələrində də biçin başa çatmaq üzrədir. Bu günə qədər biçilən buğda sahəsindən 63030 ton məhsul yığılıb və hektara 42,4 sentner məhsuldarlıq əldə edilib.
Taxıl sahələrinin optimal müddətdə biçilməsi üçün 50-dən çox kombayn zəmilərə cəlb olunub.
Qeyd edək ki, ötən illə müqayisədə bu il rayonda taxıl zəmilərinin sahəsi genişləndirilib. Ötən il 18551,5 hektar sahədən hər hektara 40,69 sentner məhsuldarlıq olmaqla, ümumilikdə, 75485,30 ton məhsul tədarük edilib.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb